AZ

Əhməd Metani: Münaqişələr zamanı itkin düşmüş şəxslərin axtarışı problemi aktual olaraq qalır

Münaqişələr nəticəsində itkin düşmüş şəxslərin axtarışı məsələsi son dərəcə vacib mövzudur.

"Far.Az"un Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Fələstinin Azərbaycandakı səfiri Əhməd Metani diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Bu, çox ağrılı mövzudur - övladlarını, ata-analarını itirmiş ailələr üçün ağrılıdır. Onları tapmaq çox vacibdir", - səfir bildirib.

O qeyd edib ki, Fələstin də bu problemlə üzləşib.

"Biz də meyitlərin axtarışındayıq. Burada, əlbəttə, mülki şəxslərə hörmət edilməsini və bu insanların qaytarılmasını tələb edən beynəlxalq hüquq qüvvədə olmalıdır", - səfir deyib.

Seçilən
26
far.az

1Mənbələr