AZ

Tahir Mirkişili: Avropa Parlamenti nə zamansa…

 Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı destruktiv fəaliyyətinə cavab olaraq qərar qəbul edib.

Ölkə.az xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin Avropa Parlamenti ilə bağlı qəararını şərh edərkən deyib.

 O qeyd edib ki, bu qərarın qəbul olunmasına Avropa Parlamentinin aşağıdakı destruktiv fəaliyyəti və ya fəaliyyətsizliyi səbəb oldu: 

- Avropa Parlamenti beynəlxalq hüquq və ədalət prinsiplərindən uzaqlaşaraq Azərbaycana qarşı uzun müddətdir ki, qərəzli və destruktiv mövqe sərgiləyib.
- Ermənistanın işğalı dövründə baş verən hadisələrə, qaçqın və məcburi köçkünlərin hüquqlarına laqeyd yanaşıb.
- Azərbaycan–Aİ parlament əməkdaşlıq platformaları siyasi təzyiq və müdaxilə alətinə çevrilib.
- 44 günlük müharibədən sonra və xüsusilə COP29 ərəfəsində Azərbaycana qarşı kampaniyaları və qərəzli qətnamələrin sayını artırıb.
- Bu fəaliyyətlər regionda sülh və sabitliyə maneə yaradır, revizionist qüvvələri təşviq edir.

Deputat əlavə edib ki, Milli Məclis dəfələrlə Avropa Parlamentini bu destruktiv mövqədən əl çəkməyə çağırsaq da, heç bir nəticə əldə olunmayıb: 

“Bütün bunları nəzərə alaraq Milli Məclis ədalətli olaraq, milli və dövlət maraqlarını üstün tutaraq qərara alıb ki, Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı, Azərbaycan nümayəndə heyətinin Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakı  və  Avronest Parlament Assambleyasında Azərbaycanın üzvlüyünün dayandırılması (xitam prosesi) başlanır və bu müddətdə iştirak dayandırılır.

Mahiyyət etibarilə bu qərar Avropa Parlamenti ilə parlamentlərarası münasibətlərin tam dondurulmasını və əməkdaşlıq mexanizmlərindən çıxışı nəzərdə tutur. Ümid edirik ki, Avropa Parlamenti nə zamansa konstruktiv yanaşmanın və beynəlxalq dəyərlərin hökm sürdüyü bir məkana çevriləcəkdir”.

 Mürtəza

Seçilən
52
1
olke.az

2Mənbələr