AZ

Soyad dəyişilən zaman diplom və digər sənədlərin aqibəti NECƏ OLUR?

Qanunvericiliyə əsasən, vətəndaşın soyadı, adı və ata adı dəyişdirilə bilər.

Bu dəyişiklik müvafiq qaydada dövlət qeydiyyatına alınır. Nəticə etibarilə, dəyişikliklər şəxsiyyəti təsdiq edən sənədlərdə - şəxsiyyət vəsiqəsi, xarici pasport və digər rəsmi sənədlərdə öz əksini tapır.

Lakin ali və ya orta ixtisas təhsili haqqında verilmiş diplomlarda sonradan soyad, ad və ata adının dəyişdirilməsi nəzərdə tutulmur. Təhsil sənədi onun verildiyi tarixdəki məlumatlar əsasında tərtib olunur və bu səbəbdən diplomun məzmununda sonradan düzəliş aparılması hüquqi baxımdan həyata keçirilmir.

Bununla belə, soyad, ad və ata adı dəyişdirildikdə diplom öz hüquqi qüvvəsini itirmir və etibarlılığını saxlayır. Dəyişikliyi təsdiq edən rəsmi sənəd - ad, soyad və ata adının dəyişdirilməsi haqqında verilən şəhadətnamə - diplomla birlikdə təqdim olunduqda, şəxsiyyətin və diplomun aidiyyəti tam şəkildə təsdiqlənmiş olur. Bu sənəd diplomun hüquqi sənəd kimi tanınmasını və istifadə olunmasını təmin edir.

Nəsimi Ələsgərli

Seçilən
3
day.az

1Mənbələr