AZ

Borca görə avtomobilin dövlət nömrə nişanını oğurlayan şəxs HƏBS EDİLDİ

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakının Nərimanov rayonu ərazisində vətəndaşlardan birinin "Toyota" markalı avtomobilinin üzərindən dövlət qeydiyyat nişanı oğurlanıb.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Sarxanov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, R.Sarxanov zərərçəkmişin ona borcu olması səbəbindən həmin şəxsin avtomobilinin dövlət qeydiyyat nişanını talayıb.

Məhkəmənin qərarı ilə o, 40 sutka inzibati qaydada həbs edilib./oxu.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
avtosfer.az

1Mənbələr