AZ

Neft qiymətləri kəskin düşəcək?

İsrail və ABŞ-nin 28 fevralda başlatdığı əməliyyatlara cavab olaraq, İran dünya neft tədarükünün beşdə birinin keçdiyi Hörmüz boğazında gəmi hərəkətini məhdudlaşdırdı və boğaza yaxınlaşan gəmiləri hədəf alacağını açıqlamışdı.

Buna cavab olaraq ABŞ İran limanlarına gedən və gələn gəmilərin qarşısını alacağını, blokada başlatdığını bildirib. Bu hadisələrdən sonra rekord həddə çatan neft qiymətləri atəşkəs danışıqlarından sonra 90 dollara düşdü.

Lakin dünən ABŞ-nin İrana qarşı blokadanı genişləndirəcəyi və hərbi variantları nəzərdən keçirəcəyi xəbəri neft qiymətlərini 126 dollara qaldırdı. Bu, “Brent” markalı nefti qiymətini 2022-ci ilin mart ayından bəri ən yüksək səviyyəyə çatdırdı. Daha sonra neft 108-110 dollar aralığına düşdü.

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ, İsrail və İran müharibəsinin başlanğıcından bəri məhdudiyyətlər səbəbindən Hörmüz boğazında gəmi keçidlərinin 95,3 % azaldığını bildirib.

Artan enerji xərcləri, neft qiymətlərinin artması ilə birlikdə, inflyasiya üçün riskləri artırır, eyni zamanda mərkəzi bankların faiz dərəcələrini azaltmaq imkanlarını məhdudlaşdırır. Hörmüz boğazında gərginlik və artan təhlükəsizlik riskləri səbəbindən neft qiymətləri kəskin şəkildə artıb.

Beynəlxalq bazarlarda “Brent” markalı xam neftin qiyməti 1 may 2026-cı il tarixinə 1 barel üçün 122 dollara çatıb.Bəzi ekspertlər və banklar (məsələn, JPMorgan) böhran davam edərsə, qiymətlərin 150 dolları keçə biləcəyi barədə xəbərdarlıq edirlər.

ABŞ Prezidenti Donald Tramp isə açıqlamasında İrana qarşı hərbi əməliyyat başa çatdıqdan dərhal sonra yanacaq qiymətlərinin kəskin şəkildə düşəcəyini bildirib:

“Benzin və neft qiymətləri müharibə bitən kimi sürətlə düşəcək. Problem əsasən Fars körfəzində neftin hələlik tankerlərdən boşaldıla bilməməsi ilə bağlıdır”.

Qeyd edək ki, hazırda dünya bazarında neft qiymətləri 112 dollara çatsa da, İran münaqişəsi başlanmazdan əvvəl bu göstərici 62-63 dollar idi.

Seçilən
37
cebheinfo.az

1Mənbələr