AZ

Hikmət Hacıyev: Azərbaycan minlərlə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsini gözləyir VİDEO

Xankəndi, 1 may, AZƏRTAC

Azərbaycan 30 ilə yaxındır ki, minlərlə ailənin itkin düşmüş yaxınlarının taleyinə aydınlıq gətirilməsini gözləyir.

AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyev bildirib ki, işğal dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə Azərbaycan vətəndaşı əsir və girov götürülüb, onların sonrakı taleyi barədə isə bu günədək məlumat verilməyib: “Hazırda 4 minə yaxın itkin düşmüş şəxsin taleyi naməlum olaraq qalır və onların böyük əksəriyyəti mülki şəxslərdir”.

Prezidentin köməkçisi qeyd edib ki, bu müddət ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi müəyyən məlumatlar toplasa da, mandatına uyğun olaraq bu işi tam şəkildə yekunlaşdıra bilməyib.

“Biz müxtəlif kanallarla, o cümlədən Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri vasitəsilə də qarşı tərəfə müraciətlər etmişik. Ailələr hələ də övladları haqqında məlumat gözləyirlər”, – deyə o vurğulayıb.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Ceyhun Mustafayev

 

Seçilən
4
10
azertag.az

10Mənbələr