AZ

Aİ fermerlər və nəqliyyat sektoru üçün dövlət yardımı qaydalarını yumşaldır

Buxarest, 1 may, AZƏRTAC

Avropa Komissiyası enerji qiymətlərinin artması fonunda dövlət yardımı qaydalarını müvəqqəti olaraq yumşaldıb.

AZƏRTAC xəbər verir ki, bu qərar xüsusilə fermerlər, nəqliyyat şirkətləri və yüksək enerji xərcli sahələrə dəstək vermək məqsədi daşıyır.

Bildirilir ki, yeni qaydalar çərçivəsində üzv dövlətlər yanacaq və gübrə qiymətlərinin artması nəticəsində yaranan əlavə xərclərin əhəmiyyətli hissəsini kompensasiya edə biləcək. Bu dəstək mexanizmi xüsusilə kənd təsərrüfatı və nəqliyyat sektorlarına yönəlib. Məlumata görə, bəzi hallarda şirkətlərin əlavə xərclərinin 70 faizinə qədərinin ödənilməsi mümkün olacaq. Kiçik bizneslər, fermerlər və daşıyıcılar üçün isə sadələşdirilmiş yardım mexanizmi tətbiq ediləcək və hər bir benefisiar üçün müəyyən maliyyə limiti nəzərdə tutulur.

Qeyd olunur ki, bu tədbirlər müvəqqəti xarakter daşıyır və ilin sonuna qədər qüvvədə olacaq. Məqsəd enerji qiymətlərinin artması fonunda iqtisadiyyata dəyən təsirləri azaltmaq və ən çox zərər çəkən sektorları qorumaqdır.

Avropa Komissiyası bildirir ki, üzv dövlətlər bu çərçivədə maliyyəni öz büdcələri hesabına təmin etməlidir və dəstək tədbirləri bazar rəqabətinə mənfi təsir göstərməməlidir.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Seçilən
22
1
azertag.az

2Mənbələr