Ötən gün Rusiyanın Xalq artisti Filip Kirkorov "Секрет на миллион" tok-şousunun qonağı olub.
Ölkə.az xəbər verir ki, ifaçı müsahibəsi əsnasında Puqaçovadan danışıb.
O, Puqaçova haqqında fikirlərini bölüşüb:
"Puqaçova ilə artıq yeddi ildir ünsiyyət saxlamırıq. Bəzən ad günlərində bir-birimizə mesaj yaza bilərik. Sosial şəbəkələrdə də bir-birimizi izləmədən çıxarmışıq. Onun müsahibələrini izləyirəm. Puqaçova böyük qadındır və istənilən fikri bildirməyə haqqı var. Həyatımda mənə çox şey verib. Əgər o hesab edirsə ki, bu nikah formal idi, bu onun hüququdur. Mən isə başqa cür düşünürəm. Kilsədə nikaha girib, Tanrı qarşısında sevgi sözləri deyildikdə bu təsadüfi olmur. Puqaçova məni seçdi və buna görə ona sonsuz minnətdaram. Bu, gerçək idi. 10 fantastik il, xüsusilə ilk üç il. O, məni "ən yaxşı şagirdi" adlandırırdı".
Kirkorov Puqaçovanın şoumen həyat yoldaşı Maksim Qalkinlə Rusiyadan getməsinə belə münasibət bildirib:
"Bu mifi dağıtmaq istəyirəm ki, guya Puqaçova kimlərisə şou-biznesdə qadağan edirdi. Bu, doğru deyil. Onun həyat yoldaşının həyatı məni ümumiyyətlə maraqlandırmır. Bu, onun mənə qarşı davranışına görə deyil. Biz artıq Alla ilə ayrılıq həddində idik, o sadəcə həmin anda ortaya çıxdı. Amma Qalkin həmişə Filipp Kirkorov olmaq istəyirdi. İndi də hətta zahirən mənə oxşamağa başlayıb.
Puqaçovaya getmək lazım deyildi. Birlikdə yaşayanda mən çox səhvlər edəndə belə, o, hamının qarşısında məni müdafiə edirdi, hətta haqsız olanda belə. Amma evə gələndə məni ciddi danlayırdı. Xeyr, o pullara görə getmədi. O, ərinin arxasınca getdi. Onu buna sövq edən də məhz Qalkin idi. Qadın psixologiyası belədir: Əgər sevirsə, sevdiyi ilə hər yerdə xoşbəxtdir.
İndi Puqaçovanı geri qaytarmaq istəməzdim. Onun öz həyatı var, xoşbəxtdir, ailəsi və uşaqları ilə birlikdədir. Sadəcə təəssüf ki, uzaqdadır və ünsiyyətimiz yoxdur".(Axşam.az)