AZ

Prezidentin köməkçisi: İşğal dövründə aparılan tikinti işləri beynəlxalq hüquqa görə qeyri-qanunidir...

Beynəlxalq hüquqa görə işğal dövründə işğal olunan ərazilərdə aparılan tikinti işləri qeyri-qanunidir...

Poliqon xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.

O qeyd edib ki, son dövrlərdə Ermənistanın bəzi dairələri Xankəndi və digər şəhərlərdə bərpa və quruculuq işləri ilə əlaqədar yanlış mövqe və provokativ addımlar atırlar:

"Qeyd etmək lazımdır ki, bu ərazilərdə bərpa və quruculuq işləri aparılır və bu çərçivədə işğal dövründə qanunsuz tikililərlə bağlı şəhərsalma planına uyğun olaraq müəyyən addımlar atılır. Beynəlxalq hüquqa görə işğal dövründə işğalçı tərəfin mülkiyyət hüquqlarının ziddinə olaraq işğal ərazilərində həyata keçirdiyi tikinti işləri qeyri-qanuni sayılır. Qanunsuz sayılan obyektlərin aradan qaldırılması ümumi şəhərsalma və urbanistika planlarına uyğunlaşdırılması zəruri şərtlərdən biridir".

Poliqon.info

Seçilən
33
1
poliqon.info

2Mənbələr