AZ

Bakıda məktəbdə kütləvi zəhərlənmə oldu

Yazını böyüt
Yazını kiçilt

Bakının Xətai rayonunda yerləşən 257 saylı tam orta məktəbdə kütləvi zəhərlənmə olub. 

Hafta.az xəbər verir ki, bu barədə telejurnalist Aytən Səfərova məlumat yayıb. O bildirib ki, şagirdlərin xlordan zəhərləndiyi deyilir. Məktəbə təcili yardım briqadası cəlb olunub.

Məktəbdən verilən açıqlamaya görə isə, 5-ci sinif şagirdləri arasında nəm salfetlərdən allergik reaksiyalar baş verib. Bu səbəbdən həmin uşaqlara təcili yardım çağırılıb. Onların vəziyyəti qənaətbəxşdir. 

Seçilən
6
3
hafta.az

3Mənbələr