AZ

Ermənistanın gizlətdiyi koordinatlar Deputat beynəlxalq hüququ xatırlatdı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müharibələr və silahlı münaqişələrdən sonra itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi humanitar hüququn ən vacib və həssas istiqamətlərindən biri hesab olunur. Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış və ekshumasiya işləri nəticəsində insan qalıqlarının aşkar edilməsi bu problemin miqyasını bir daha ortaya qoyur. Bununla yanaşı, yüzlərlə məzarın yeri barədə məlumatların hələ də tam açıqlanmaması ictimai narahatlıq yaradır və beynəlxalq hüquqi öhdəliklərin icrası məsələsini gündəmə gətirir.Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov Demokrat.az-a bildirib ki, müharibə dövründə baş verən proseslər göstərir ki, Ermənistan işğal etdiyi ərazilərdə genişmiqyaslı dağıntılar törədib:“Bu kontekstdə ən ciddi problemlərdən biri çoxsaylı azərbaycanlıların itkin düşməsi və onların taleyinin hələ də müəyyən edilməməsidir. Humanitar hüquqa əsasən itkin düşmüş şəxslərin aqibətinin aydınlaşdırılması xüsusi əhəmiyyət daşıyır və bu məsələ beynəlxalq sənədlərdə də öz əksini tapır. İşğaldan azad olunmuş ərazilərdə aparılan axtarışlar zamanı çoxlu sayda insan qalıqlarının aşkar edilməsi problemin miqyasının nə qədər böyük olduğunu göstərir. Bununla yanaşı, məzar yerlərinin dağıdılması və onların koordinatları barədə məlumatların Azərbaycan tərəfinə təqdim olunmaması narahatlıq doğurur”.O deyib ki, beynəlxalq humanitar hüququn pozuntusu kimi qiymətləndirilir:“İtkin düşmüş şəxslərin məzarları ilə bağlı məlumatların tam paylaşılmaması hüquqi baxımdan da suallar yaradır. Beynəlxalq normalara əsasən, tərəflər bu cür məlumatları qarşılıqlı şəkildə təqdim etməlidirlər və bu, humanitar öhdəliklər sırasında mühüm yer tutur. Deputat fəaliyyəti kontekstində isə parlament diplomatiyasının rolu xüsusi qeyd olunur. Bu istiqamətdə ölkə daxilində və beynəlxalq platformalarda ardıcıl tədbirlər həyata keçirilir, məsələlər müxtəlif görüş və müzakirələrdə gündəmə gətirilir. Məqsəd beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsi və itkin düşmüş şəxslərlə bağlı ədalətli həllin təmin olunmasıdır”.Qeyd edək ki, azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb, 877 nəfərə aid insan qalıqları ekshumasiya olunub. Lakin Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir. Ermənistan beynəlxalq sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalarına və 1977-ci il Əlavə Protokol I-ə əsasən müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq, məzarların yerini göstərmək və qalıqları ailələrə qaytarmaq öhdəliyi daşıyır. Bu öhdəliklərə əməl etməmək beynəlxalq humanitar hüququn pozuntusudur. Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr