AZ

Kardioloq ömrü qısaldan 4 məhsulu açıqladı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur ürək-damar cərrahı Ceremi London ömrü qısalda bilən dörd məhsulu açıqlayıb. Demokrat.az xəbər verir ki, bu barədə "Mirror" yazır.Onun sözlərinə görə, həmin məhsullar spirtli içkilər, emal olunmuş ət məhsulları, şəkərli içkilər və doymuş yağların həddindən artıq qəbulu ilə bağlıdır.Həkim qazlı və alkoqolsuz şəkərli içkiləri “boş kalori” adlandırıb və onların “heç vaxt toxluq hissi yaratmadığını” bildirib.O, bu içkiləri “maye ölüm” kimi xarakterizə edərək deyib: "Sadəcə onları içməyin. Nöqtə. Bitdi".Londonun sözlərinə görə, yüksək kalorili qazlı içkilər insanın fərqində olmadan çox miqdarda kalori qəbul etməsinə səbəb olur və bu, ciddi problem yaradır.Alkoqol və emal olunmuş ət məhsulları ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onların 1-ci qrup kanserogenlərə aid edildiyini bildirib. Bu isə onların insanlar üçün xərçəng riskini artırdığını göstərir.“Cancer Research UK” təşkilatı da emal olunmuş ətin xərçənglə əlaqəsini təsdiqləyərək bunu tütün və alkoqol kimi sübut olunmuş risk faktorları ilə müqayisə edib.Həkim doymuş yağların həddindən artıq istifadəsinə də diqqət çəkərək, bunlara yağlı ət, kərə yağı və yüksək yağlı süd məhsullarını daxil edib.Bununla belə, digər mütəxəssislər bütün süd məhsullarının riskli olduğu fikrini mübahisəli sayır.London qeyd edib ki, bu məhsullardan tam imtina şərt deyil, lakin onların gündəlik rasionda əsas yer tutmaması vacibdir. Onun fikrincə, 80% sağlam qidalanma belə ümumilikdə yaxşı nəticə sayılır.Emal olunmuş ət dedikdə duzlanmış, hisə verilmiş, fermentləşdirilmiş və ya saxlanma məqsədilə işlənmiş ət məhsulları nəzərdə tutulur. Bunlara kolbasa, sosiska, vetçina və müxtəlif yarımfabrikatlar daxildir.Alkoqolun hətta az miqdarda istifadəsinin belə bir neçə xərçəng növü ilə əlaqəli olduğu barədə də xəbərdarlıq edilib.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
demokrat.az

1Mənbələr