Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Qalatasaray"da göstərdiyi performansla tez-tez transfer xəbərlərinin mərkəzinə düşən Viktor Osimhenə olan marağın artması klubun onun üçün müəyyən etdiyi transfer qiymətini yüksəltməsinə səbəb olub. Demokrat.az xəbər verir ki, bu barədə "Spor Arena" məlumat yayıb."Qalatasaray" Nigeriyalı hücumçu ilə bağlı Avropanın nəhəng klublarının diqqətini cəlb etməyə davam edir. “Real Madrid”, “Barselona”, “Arsenal”, “Liverpul” və “Yuventus” futbolçunu yaxından izləyən komandalar arasındadır.İspaniyanın AS qəzetinin məlumatına görə, İstanbul klubu Osimhen üçün daha əvvəl müəyyən etdiyi qiyməti artırıb. Mövsümün əvvəlində 75 milyon avro ödənilən futbolçu üçün indi tələb olunan məbləğ 150 milyon avroya yüksəlib.Nigeriyalı hücumçu bir neçə gün əvvəl klubla bağlı səmimi açıqlama verərək “Qalatasaray”da özünü xoşbəxt hiss etdiyini bildirib: “Qalatasaray mənim üçün əsl evdir. Burada bir ailə tapdım. Klub ailəni, sevgini, birliyi və hörməti təmsil edir".Bu mövsüm bütün turnirlərdə 31 oyuna çıxan Osimhen 20 qol vurub və 7 məhsuldar ötürmə edib. O, ötən mövsüm isə 41 oyunda 37 qol və 8 asistlik nəticə göstərmişdi.Klubun artan qiymət tələbi, futbolçuya olan yüksək maraqla paralel olaraq transfer bazarında böyük rəqabətin yaranmasına səbəb olub.Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.