AZ

Bakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıb

Bakı, 1 may, AZƏRTAC

"Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumu çərçivəsində mühüm təşəbbüs irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qlobal Cənub ölkələrinin Gənclər Platformasının - gənc nəslin dekolonizasiya proseslərində rolunu gücləndirmək üçün nəzərdə tutulan yeni beynəlxalq strukturun yaradıldığını bildirib.

O qeyd edib ki, forum çərçivəsində Yeni Kaledoniya, Reyunyon, Qvadelupa, Fransa, Çad, Qabon, Qvineya, Beynəlxalq Dəniz Federasiyası, Konqo Demokratik Respublikası, Burundi, Ruanda, Keniya, Kot-d’İvuar, Kamerun, Əlcəzair və Mərakeşdən olan nümayəndələrin iştirakı ilə Qlobal Cənub Gənclər Platformasının yaradılması rəsmən elan olunacaq.

A.Abbasov deyib ki, bu təşəbbüsün əsas məqsədi gənclərin gücləndirilməsi, onların beynəlxalq münasibətlər sistemində fəal iştirakının təşviqi və müasir qlobal proseslərdə rolunun artırılmasıdır. O, əmin olduğunu bildirib ki, Qlobal Cənub Gənclər Platforması gənclər arasında əməkdaşlığın genişlənməsinə, potensiallarının inkişafına və beynəlxalq səviyyədə daha fəal iştirakına xidmət edəcək. İcraçı direktor forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, bütün iştirakçılara və nümayəndələrə təşəkkürünü bildirib. Həmçinin qeyd edib ki, bu platforma gənclərin qlobal gündəlikdə daha fəal rol almasına və davamlı beynəlxalq əlaqələrin qurulmasına mühüm töhfə verəcək.

Seçilən
13
azertag.az

1Mənbələr