AZ

Şahin Ağa: 26 övladım, 9 nəvəm var, qızım prokurordur

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda da böyük maraqla izlənilən türk mafiya seriallarının məşhur aktyoru, "Kurtlar Vadisi" və "Eşkiya Dünyaya Hökmdar Olmaz"ın Şahin Ağası Turqay Tanülkü maraqlı açıqlamalar verib.Demokrat.az xəbər verir ki, uzun illərdir ehtiyacı olan bir çox uşağa sahib çıxaraq onlara atalıq edən aktyor "Maksat Muhabbet" adlı "YouTube" proqramında Nil Gülümün qonağı olub və "övladları" barədə danışıb.Məşhur aktyor həyat yoldaşı ilə birlikdə həmin uşaqları sevgi ilə böyütdüklərini bildirib: "26 övladım, 9 nəvəm var. Eyni qabdan yemək yeyirlər. Soyadları fərqli olsa da, hamısı qardaşdır. Bir qızım prokurordur, bir oğlum vəkildir. Məhkəmədə qarşılaşıb qucaqlaşırlar. Həyat yoldaşım Zəhra sağ olsun. Əvvəlcədən danışdıq, "çöldə çox uşaq var" dedi. Uşaqlar artdı. Paylaşdıqca insan daha rahat olur. Yaşım 74-dür. Bundan sonra xəyal yox, reallıq var. Uşaqlarım fond qurur. 26 övladım var, hamısı öz ailəsini qurub".Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr