AZ

WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma nailiyyətlərinin beynəlxalq tanınmasının göstəricisi kimi dəyərləndirilib  

Bakıda keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində çıxış edən MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov WUF13-ün Azərbaycanda təşkili ölkənin şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisi olduğunu bildirib.

Əhməd İsmayılov çıxışında qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri Qarabağın və Şərqi Zəngəzurun simasını köklü şəkildə dəyişir. Onun sözlərinə görə, bu gün Qarabağın bərpası təkcə bir regionun yenidən qurulması deyil, həm də Azərbaycanın müasir şəhərsalma yanaşmalarına verdiyi mühüm töhfənin göstəricisidir. O, Şuşa, Ağdam və Füzulidə inşa edilən yeni infrastrukturu həm tarixi irsə sədaqətin, həm də gələcəyə baxışın simvolu kimi dəyərləndirib.

MEDİA rəhbəri çıxışında əlavə edib ki, WUF13 çərçivəsində əldə olunan təcrübə gələcəkdə də davam etdiriləcək və bu tədbir Azərbaycanın beynəlxalq miqyasda daha böyük peşəkar uğurlara imza atmasına şərait yaradacaq.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr