AZ

“Bunu bacarmasalar, çempionluqları kölgədə qalacaq” Mahmud Qurbanov niyə “Sabah” haqda belə dedi?

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ölkə çempionatı tarixində yeni – 9-cu çempion bəlli oldu. Bu, 2017-ci ildən etibarən fəaliyyət göstərən “Sabah”dı. Artıq çempionluğu rəsmiləşdirən “bayquşlar” mövsüm ərzində cəmi bir dəfə məğlub olub.“Sabah” bu çempionluğa layiq idimi? Mövsümün gedişində Masazır təmsilçisinin titula yiyələnəcəyini təxmin etmək olardımı? Bu çempionluq Azərbaycan futboluna nə verəcək? “Sabah” “Qarabağ”ın Avropada müəyyənləşdirdiyi standartlara uyğun gələ - əsas mərhələyə düşə biləcəkmi? Veteran futbolçu Mahmud Qurbanovun “Football-plus.az”a cavabı:

“İlk dövrədə “Sabah”ın çempion olacağını düşünmək inandırıcı görünmürdü. Sabit deyildilər, nəticələr yaxşı deyildi. Amma qışdan sonra daha komplektləşlmiş, oyun və nəticə baxımından sabit oyun göstərən iddialı “Sabah” gördük. Bunu sona qədər gətirdilər, sona 4 tur qalmış ilk çempionluğu rəsmiləşdirdilər. Bu, onların haqqı idi. Baxımlı oyunla çempionluğa layiqdilər. Avropada oynamaq üçün heyət güclənməlidi. Orda yaxşı nəticə göstərmək istəyirsənsə, iki cəbhədə oynamaq üçün ehtiyat oyunçular skamyasında da start heyətindəkilər qədər keyfiyyətli futbolçular olmalıdı. “Qarabağ” kimi uğurlu olacaqlarını proqnozlaşdırmaq çətindi. Amma üç liqadan birinin əsas mərhələsində düşmək şansları var. Bunu bacarmasalar, çempionluqları kölgədə qalacaq. Bu komandada həmişə yaxşı oyunçuları olub. Hücum xətti əvvəlkindən daha yaxşıdı. Puxaç, Simiç, Raxmonaliyev, Maluda kimi keyfiyyətli futbolçuları var. Son oyunlarda daha yaxşı performans göstərdilər. Müdafiədə də inamlıdılar. Pokatilov da keyfiyyətlidi qapıçıdı. “Sabah” Azərbaycan futbolunda yeni səhifə açdı. ÇL-in əsas mərhələsində düşsələr, daha böyük uğur hesab edilər bilər”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
icma.az

2Mənbələr