Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.