AZ

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

Avropada yaxın aylarda təyyarə yanacağı çatışmazlığı ehtimalı azdır, lakin yay mövsümü üçün tam təminat yoxdur.

“Politico” xəbər verir ki, bu fikirləri İrlandiyanın ucuzqiymətli hava yolları şirkəti “Ryanair”in baş direktoru Maykl Oliri açıqlamasında səsləndirib. 

Onun sözlərinə görə, Yaxın Şərqdəki proseslərdən sonra yanacaq qiymətləri kəskin artsa da, vəziyyət hazırda bir qədər sabitləşib. Təchizatçılar iyunun əvvəlinə qədər ciddi problem gözləmədiklərini desələr də, iyul-avqust ayları üçün qəti zəmanət vermirlər.

Baş direktor xəbərdarlıq edib ki, yanacaq qiymətlərinin yüksək qalması bəzi Avropa aviaşirkətlərinin müflis olmasın üçün əsas səbəblərdəndir. Şirkət yanacağın böyük hissəsini əvvəlcədən daha ucuz qiymətə aldığı üçün qısa müddətdə risklərdən qorunur. Lakin müharibə uzanarsa, vəziyyət qeyri-müəyyən olaraq qalır.

Maykl Oliri aviasiya sahəsində karbon emissiyası sistemi qaydalarının yumşaldılmasını və ya ləğv olunmasını tələb edib. Onun fikrincə, bu addım aviabiletlərin ucuzlaşmasına kömək edə bilər. Avropa Komissiyası isə bu tələbləri qəbul etməyəcəyini açıqlayıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr