MSolution 2026-cı ildə PCI DSS beynəlxalq təhlükəsizlik standartına uyğunluğunu uğurla yenidən təsdiqləyib. Bu, şirkətin kart məlumatlarının qorunması, təhlükəsiz ödəniş infrastrukturunun qurulması və etibarlı xidmət modelinə sadiqliyini bir daha göstərir.
MSolution Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış ödəniş təşkilatı və texnologiya şirkəti olaraq ödəniş infrastrukturu, texniki inteqrasiya, avtomatlaşdırma və rəqəmsal transformasiya sahəsində fəaliyyət göstərir. Şirkət Visa, Mastercard və Google Pay üzrə PSP tərəfdaşı kimi müxtəlif rəqəmsal ödəniş və proqram təminatı həlləri təqdim edir.
MSolution, həmçinin, MultiPay brendi ilə dövlət və özəl sektor üçün ödənişlərin idarə olunması, toplanması, paylanması və inteqrasiyası üzrə həllər təqdim edir.
MSolution yüksək əhəmiyyətli və mürəkkəb layihələrdə iştirak edir. Şirkətin portfelinə Mobil Notariat, Elektron Hərrac Portalı, MyGov, AYNA, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr istiqamətində layihələr, eləcə də digər dövlət yönümlü ödəniş və proqram təminatı həlləri daxildir.
Şirkət bildirir ki, əsas məqsəd təhlükəsiz, dayanıqlı və müasir ödəniş həlləri təqdim etməklə dövlət və özəl sektorun rəqəmsal transformasiyasına töhfə verməkdir.