AZ

Kloppun "Real" barədə qərarı açıqlandı

“Real Madrid” baş məşqçi postu üçün axtarışlarını davam etdirir. Metbuat.az xəbər verir ki, Madrid klubunun gündəmində yer alan Yurgen Kloppla bağlı iddialara aydınlıq gəlib. İddialara görə, almaniyalı mütəxəssisin kral klubunun namizədlər siyahısında yer almadığı dəqiqləşib. Bildirilir ki, “Red Bull Group”da fəaliyyət göstərən Klopp hazırkı vəzifəsindən razıdır və yaxın zamanda klub səviyyəsində məşqçiliyə qayıtmağı planlaşdırmır. O, hazırda “Leypsiq”, “Zaltsburq” və “Nyu-York Red Bulls” kimi komandaların inkişafına nəzarət edir. Məlumata görə, Klopp yalnız gələcəkdə Almaniya millisində işləmək variantını nəzərdən keçirə bilər. Bu səbəbdən Florentino Perez digər variantlara yönəlib.

Hazırda Jose Mourinho, Mauricio Poçettino və Didier Deşamp kimi mütəxəssislərin namizədliyi dəyərləndirilir.

Seçilən
21
metbuat.az

1Mənbələr