AZ

Ukraynadan "9 may atəşkəsi" ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyadan "9 may atəşkəsi" barədə indiyədək heç bir rəsmi təklif almadıqlarını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

"Biz öz mövqeyimizi və qeyd-şərtsiz atəşkəsə hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Hazırda diqqəti əsas məsələyə — bu müharibəni necə bitirməyə və davamlı sülhə necə nail olmağa yönəltmək lazımdır", - deyə nazir bildirib.

Sibixa rusiyalıların 9 may üçün atəşkəs təklifini növbəti manipulyasiya və amerikalıların rəğbətini qazanmaq, habelə "hansısa konstruktiv element nümayiş etdirmək" cəhdi adlandırıb:

"Bu, kobud diplomatik manevr cəhdi və bu 'mrtəce paradlarla' daxili auditoriyaya yönəlmiş növbəti bir PR aksiyasıdır".

Musavat.com

Seçilən
15
2
musavat.com

3Mənbələr