AZ

Ukrayna XİN: Rusiyadan “9 may atəşkəsi” təklifi hələ də Kiyevə daxil olmayıb...

Kiyev Moskvanın addımını “qondarma konstruktivlik” və “kobud diplomatik manevr” adlandırıb, beynəlxalq ictimaiyyəti aldadıcı təşəbbüslərə aldanmamağa çağırıb...

Poliqon xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın sözlərinə görə, Kiyev hələ də Rusiyadan “mayın 9-da atəşkəs” təklifi ilə bağlı heç bir rəsmi təklif almamışdır.

“Biz öz mövqeyimizi və qeyd-şərtsiz atəşkəsə hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Diqqət buna yönəldilməlidir: bu müharibəni necə bitirmək və uzunmüddətli atəşkəsə nail olmaq”, – deyə Sibiga vurğulayıb.

Ukraynanın xarici işlər naziri rusların mayın 9-da atəşkəs təklifini növbəti manipulyasiya və amerikalıları razı salmaq, “qondarma konstruktivlik nümayiş etdirmək” cəhdi adlandırıb. Sibiqanın sözlərinə görə, bu, “kobud diplomatik manevr cəhdi, daxili auditoriyaya yönəlmiş PR-aksiyasıdır”.

Nazir əlavə edib ki, Moskvanın bu addımı beynəlxalq ictimaiyyəti çaşdırmaq və diqqəti real problemlərdən yayındırmaq məqsədi daşıyır.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr