AZ

"Pəncərənin arxasında may ayıdır" -Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan həmyerlilərini 1 May münasibətilə Qarik Sukaçovun ("Pəncərənin arxasında may ayıdır") hiti ilə təbrik edib.

Redaktor.az xəbər verir ki, siyasətçi müvafiq videonu öz "Telegram" kanalında paylaşıb.

Paşinyan hər səhər musiqi sədaları altında sosial şəbəkə istifadəçilərinə əlləri ilə "ürək" işarəsi göstərir. Mayın 1-də o, musiqi müşayiəti olaraq Sukaçovun "За окошком месяц май" mahnısından istifadə edib.

"Sabahınız xeyir, gününüz uğurlu keçsin, hamınızı sevirəm", - deyə Ermənistan hökumət başçısı videonun annotasiyasında qeyd edib.

Xədicə BAXIŞLI

Seçilən
42
1
redaktor.az

2Mənbələr