Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünyanın ən güclü şahmatçılarının 2026-cı ilin aprel ayı üçün reytinqini yeniləyib.
İdman.Biz bildirir ki, tarixdə ilk dəfə olaraq Özbəkistandan iki qrossmeyster ilk beşliyə daxil olub.
Nodirbek Abdusattarov 2780 xalla dünyada dördüncü yerdədir. Kiprdə keçirilən İddiaçılar Turnirində qalib gələn Cavohir Sindarov altı pillə irəliləyərək hazırda 2776 xalla beşinci yerdədir.
Norveçli Maqnus Karlsen FIDE reytinqində lider olaraq qalır (2840). ABŞ-dan Hikaru Nakamura ikincidir (2792), həmyerlisi Fabiano Karuana (2788) isə ilk üçlüyü tamamlayır.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.