AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 1may, AZƏRTAC
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər ediblər.
Bakı Limanında yeni körpü istifadəyə verilib.
Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrini dayandırıb.
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib.
Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında olublar.
Ötən ay 460 mina və 3410 partlamamış digər hərbi sursat zərərsizləşdirilib.
Diplomatik korpusun nümayəndələri Xankəndidə olublar.
Tehran və Vaşinqton arasında yeni diplomatik addım: Pakistana təklif göndərildi.
Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb.
Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib.
Diplomatik korpusun nümayəndələri Şuşada Dövlət Xidmətləri Mərkəzində olublar.
Prezidentin köməkçisi: Avropa Parlamentinin qəbul etdiyi sənəd Azərbaycan üçün hüquqi öhdəlik yaratmır.
Bakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıb.