AZ

Yardımlıda mal-qaranı cərəyan vurub öldürdü – FOTO

Yardımlıda elektrik cərəyanı 3 baş iribuynuzlu mal-qaranı vuraraq öldürüb.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Yardımlı rayonunun Bozayran kəndi ərazisində baş verib.

Belə ki, vətəndaşa məxsus 3 baş iribuynuzlu mal-qaranı, sahədə yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb. Nəticədə vətəndaşa külli miqdarda ziyan dəyib.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

 

Seçilən
15
nocomment.az

1Mənbələr