Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Boş yolda müəmmalı qəza baş verib. Avtosfer.az xəbər verir ki, Buryatiya Respublikasında baş verən hadisə müşahidə kamerasına düşüb. Belə ki, Ulan-Ude şəhərinin Kuybışev küçəsində hərəkətdə olan qara rəngli "Lada Granta" markalı avtomobil qəfil manevr edərək yol kənarında təmizlik işləri aparan süpürgəçi qadını vurub.
Zərbənin təsirindən 73 yaşlı qadın havaya uçaraq yaxınlıqdakı dəmir hasarın üzərinə düşüb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər yaşlı qadında iki sümük qırığı diaqnozu qoyublar və o, təcili şəkildə xəstəxanaya çatdırılıb.
Hazırda yol polisi hadisənin səbəblərini və sürücünün niyə qəfil manevr etdiyini araşdırır.
Faktla bağlı təhqiqat davam edir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.