"Real Madrid"in daxilində heyət planlaması ilə bağlı gərgin anlar yaşanır.
Fanat.Az xəbər verir ki, ESPN-in yaydığı məlumata görə, bəzi klub rəhbərləri prezident Florentino Peresə komandadakı iki böyük ulduzdan birini satmağı təklif ediblər.
İddiaya görə, həmin rəhbər şəxslər "Kilian Mbappe və Vinisius Junior bu komandaya ikisi birlikdə çoxdur" fikrini müdafiə edirlər.
Hazırda dünya futbolunun ən bahalı oyunçuları hesab olunan bu iki hücumçunun eyni anda meydanda olması taktiki balans baxımından müzakirələrə yol açıb. Prezidentin bu radikal təklifə hələlik rəsmi cavab vermədiyi bildirilir.