AZ

Xıdırlıda ağır qəza – 2 ölü, 4 yaralı

Ağdam rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, qəza işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində həyatını itirib, 4 nəfər isə ağır xəsarət alıb.
Ətraflı

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadalarının iki avtomobili cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilməsi və onların xəstəxanaya çatdırılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/

Seçilən
0
3
nocomment.az

4Mənbələr