AZ

Aydan videomuzu tiktokda paylaşdı, arvadım gördü

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Abşeron rayonunda 33 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 27-də Xırdalan şəhərində baş verib. 1993-cü il təvəllüdlü Sərxan həmin gün saat 20 radələrində qeyri-rəsmi birlikdə yaşadığı Aydana məxsus evdə olan zaman aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla onun üzünə, başına vurub. Daha sonra stolun üzərində olan şüşə flakonu ataraq sağ qulaq seyvanının qançırı ilə nəticələnən xəsarətlər yetirib. Həmçinin əlində yanlı vəziyyətdə olan siqareti sağ diz nahiyəsinə basıb. İş üzrə izahat verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Aydan ilə ötən ilin martın 16-da tanış olub:“Aprel ayından bu yaxına qədər qeyri-rəsmi münasibətim olub və Aydana məxsus Xırdalan şəhərindəki evdə yaşamışıq. Orada yaşamağımın səbəbi isə Aydanın mənə tək yaşamağa qorxduğunu deyib, özü mənimlə həmin evdə yaşamaq istəyi olub. Aydan mənim evli olduğumu bilə-bilə mənimlə olan videosunu özünə məxsus “Tik-tok” sosial şəbəkə hesabında icazəsiz paylaşdığı üçün ailə üzvlərim həmin videonu görüb. Buna görə də arvadımla hazırda boşanma ərəfəsindədiyik”. Təqsirləndirilən şəxs deyib ki, buna görə onunla Aydanın arasında həmin ilin iyulun 27-də, axşam saatlarında ona məxsus evdə aralarında olan mübahisə yaranıb."Bu zaman Aydanı yumruq, şillə və şüşə dərman qabını başına və qulağına vuraraq xəsarət yetirməmişəm. Ona yalnız mübahisə zamanı masada boşqabda olan kolbasanı başına ataraq vurmuşam. Həmin mübahisədən sonra isə hər ikimiz mehribanlaşmışıq, yenidən spirtli içki qəbul edərək yaxın münasibətdə olmuşuq. Sonra Aydan mənim qucağımda əyləşib və birgə siqaret çəkərkən ehtiyatsızlıqdan söndürmək istədiyim siqaret onun bud nahiyəsinə dəyib. Çünki, kül qabı Aydanın dizinin üstündə idi”. Sərxan deyib ki, həmin gündən sonra, yəni iyulun 28-də, saat 17 radələrində Aydan ona uşağı bağçadan götürərək evə qayıdacağını deyib və bacısıgilə gedib:“Buna görə də Aydana telefonda evindən paltarımı verməyini, evində bir daha qalmayacağımı, gedəcəyimi demişəm. Həmin gün axşam saat 22 radələrinə dostum Natiqlə birlikdə Aydanın evinə getmişəm. Evdə bacısı ilə birgə olan Aydan paltarları verərkən aramızda sözlə mübahisə olsa da, həmin mübahisə zamanı onu vurmamışam. Sadəcə əlimə bıçaq alaraq özümə xəsarət yetirəcəyimi bildirərək hədələmişəm”. İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, azyaşlı qız övladı ilə birlikdə yaşayır:“Mən Sərxan ilə təxminən 3 aydır ki, qeyri-rəsmi münasibətdə özümə məxsus evdə yaşamışıq. Sərxan mənimlə tanış olan vaxt evli olmağını gizlətdi. Bunu bir ay sonra bildim və ondan ayrılmaq istəsəm də, mənə sözlə hədə-qorxu gələrək ayrıla bilməyəcəyini bildirdi. Eyni zamanda, Sərxan dəfələrlə evdə içib, sərxoş olaraq özünə xəsarət yetirərək məni tutduracağı ilə hədələyib”. Aydan deyib ki, 2025-ci ilin iyulun 27-də, saat 21 radələrində birgə yaşadıqları evdə Sərxana verdiyi borc pul, kreditlə götürdüyü telefonun pulu və digər borclarına görə aralarında mübahisə yaranıb:“Mübahisə zamanı Sərxan mənə yumruq, şillə və şüşə dərman qabın başıma və qulağıma vurdu. Eyni zamanda yanan siqaret kötüyünü iki dəfə ayağıma basaraq xəsarət yetirdi. Sərxanın məni hədələməsindən qorxmuşam və həmin vaxt bu barədə heç bir yerə şikayət etməmiəm. Lakin iyulun 28-də, saat 18 radələrində qızımı bağçadan götürərək bacımın evinə getdikdən sonra Sərxana zəng etdim və ondan ayrılacağımı, pal-paltarını götürməsini istədim. Buna görə də axşam saat 22 radələrinə qızım və bacım ilə birlikdə öz evimə getdim. Bir müddət sonra Sərxan əvvəllər tanıdığım Natiq adlı şəxslə paltarlarını götürmək üçün gəldi. Mən Sərxana məxsus paltarları ona təhvil verdiyim  zaman o, “məndən ayrıla bilməzsən" ifadəsini işlətdi, mətbəxdə yerləşən soyuducunun yanında olan bıçağı əlinə aldı, məni hədələyərək bədənimin müxtəlif nahiyyələrinə vurdu. Sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək, özünü öldürüb, məni tutduracağını bildirdi. Bundan sonra isə getdi. Sonradan mən də bacımgilə getdim. Amma Sərxan zəng etdi və yenidən evimə gəldiyini, geri qayıtmayacağım təqdirdə özünü öldürəcəyini bildirdi. Bundan sonra qorxduğum üçün bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”.Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilib, təqsirləndirilən şəxs Cinayət Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzadan azad edilib.Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
demokrat.az

1Mənbələr