AZ

Alimlər suyun ən böyük sirlərindən birini açdı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm Universitetinin tədqiqatçıları qabaqcıl texnologiyalardan istifadə edərək suyun uzun müddətdir ehtimal edilən, lakin birbaşa müşahidə olunmayan xüsusiyyətini aşkar ediblər.Demokrat.az "Scitechdaily" portalına istinadən xəbər ki, alimlər “kritik nöqtə” adlanan vəziyyəti qeydə alıblar. Bu hal təxminən −63 °C temperaturda və 1000 atmosferə yaxın yüksək təzyiqdə yaranır. Tədqiqatçılar bu gizli vəziyyətin suyun digər mayelərdən fərqli davranışını izah etdiyini bildirirlər.Su niyə fizika qanunlarını “pozur”?Digər maddələrdən fərqli olaraq su bir sıra anomaliyalar göstərir. Adətən maddələr soyuduqca daha sıx olur, lakin su +4 °C-də maksimum sıxlığa çatır və bundan sonra genişlənməyə başlayır. Buna görə buz batmır, suyun üzərində qalır.Daha da aşağı temperaturda, hətta donmadan əvvəl belə bu genişlənmə davam edir. Eyni zamanda istilik tutumu, özlülük və sıxılma qabiliyyəti kimi xüsusiyyətlər də qeyri-adi davranış göstərir.Kəşf necə edilib?Alimlər bu hadisələri araşdırmaq üçün ultrayüksək sürətli rentgen impulslarından istifadə ediblər. Bu metod su donmadan əvvəl onun davranışını müşahidə etməyə imkan verib və müxtəlif maye vəziyyətlər arasında keçidi qeydə almağa şərait yaradıb.Professor Anders Nilsso-nun sözlərinə görə, bu kritik nöqtənin mövcudluğu barədə uzun illər fərziyyələr olsa da, yalnız indi birbaşa sübutlar əldə edilib.Suyun iki forması və “kritik keçid”Tədqiqat göstərib ki, su aşağı temperatur və yüksək təzyiq şəraitində iki fərqli maye formada mövcud ola bilər. Bu formalar molekulların quruluşu və əlaqə xarakterinə görə fərqlənir.Şərait dəyişdikcə bu iki forma birləşir və kritik nöqtə adlanan vəziyyət yaranır. Bu zonada su son dərəcə qeyri-sabit olur və daima bir vəziyyətdən digərinə “keçid edir”. Alimlər hesab edirlər ki, məhz bu proses suyun anormal xüsusiyyətlərini izah edir.“Qara dəlik” effektiTədqiqatçılar kritik nöqtəyə yaxınlaşdıqda su daxilində proseslərin kəskin şəkildə yavaşıdığını da müşahidə ediblər. Bu hal onlar tərəfindən “qara dəliyə” bənzədilib, çünki sistemdən “çıxmaq” getdikcə çətinləşir.Elm üçün nə deməkdir?Alimlər bu kəşfin suyun təbiəti ilə bağlı illərlə davam edən mübahisələrə son qoya biləcəyini düşünürlər.Onların fikrincə, yeni model suyun xassələrini kritik nöqtə anlayışı ilə izah etməyə imkan verir. Növbəti mərhələdə isə bu kəşfin elmdə və həyatın yaranmasının anlaşılmasında hansı praktik nəticələr verə biləcəyi araşdırılacaq.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
demokrat.az

1Mənbələr