AZ

Şirkət rəhbərinə "stop" qoyuldu

"Azrabitə Layihə" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Ölkə.az xəbər verir ki, buna səbəb Quliyev Zakir Arif oğlunun rəhbəri olduğu "Azrabitə Layihə" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu yaranmasıdır. 

İdarə tərəfindən borcun ödənilməsi üçün məhkəməyə müraciət edilib. 

Məhkəmə 1953-cü il təvəllüdlü Zakir Quliyevin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb. (qaynarinfo)

Seçilən
1
1
olke.az

2Mənbələr