AZ

Hansı hallarda eviniz hərraca çıxarıla bilər?

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Borc münasibətləri mülki hüququn ən həssas sahələrindən biridir və bu prosesdə həm kreditorun tələbinin təmin olunması, həm də borclunun hüquqlarının qorunması vacib balans yaradır. Praktikada isə ən çox müzakirə olunan məqamlardan biri borc ödənilmədikdə əmlaka yönəldilən icra tədbirləridir. Xüsusilə hansı hallarda və hansı qaydada vətəndaşın əmlakının hərraca çıxarıla bilməsi, hansı əmlakların isə toxunulmaz qalması cəmiyyət üçün maraq doğurur. Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, istənilən borca görə vətəndaşın əmlakına yalnız bu barədə məhkəmə qərarı, icra vərəqəsi və ya notariusun icra qeydi olduqda tutma yönəldilə bilər:"Bu halda icra məmuru vətəndaşın mövcud əmlakını hərraca çıxarır. Bəzi əmlaklara isə tutma yönəldilə bilməz. Məsələn, vətəndaşın yeganə yaşayış evi varsa, ona ümumilikdə tutma yönəldilmir. Eyni zamanda şəxsin gündəlik həyatı üçün zəruri olan bəzi şəxsi əşyalar da alına bilməz. Burada bir məqamı qeyd etmək lazımdır ki, əgər həmin ev ipoteka və ya girov kimi qoyulubsa, bu halda artıq istisna tətbiq edilmir və əmlakın üzərinə tutma yönəldilə bilər. Digər hallarda isə əmlak yalnız hərrac vasitəsilə realizə olunur".Vəkil deyib ki, icra prosesi qanunvericilik çərçivəsində mərhələli şəkildə həyata keçirilir."İlk olaraq borcluya könüllü icra üçün müəyyən müddət verilir. Bu müddət ərzində borc ödənilmədikdə məcburi icra tədbirləri tətbiq olunur. İcra məmuru əmlakın dəyərini qiymətləndirərək satış prosesinə hazırlayır. Hərracdan əldə olunan vəsait isə qanunvericiliyə uyğun olaraq borcun ödənilməsinə yönəldilir", - deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
demokrat.az

1Mənbələr