AZ

Valideynlərin emosional səhvi Uşaqlar niyə yanlış yola sapır?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda 14 yaşlı qızla 19 yaşlı oğlanın münasibəti və oğlanın dəm qazından boğularaq həyatını itirməsi gündəmdən düşmür. Yeniyetmə qızın anasının verdiyi açıqlama isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Ana 14 yaşlı qızının tez-tez evdən qaçdığını, 2 aydır qızının harda olduğundan xəbərsiz olduğunu bildirib. Hadisə və tərəflərin verdiyi açıqlamalar yeniyetmə dövründə övladlarla necə davranmağın lazım olduğu məsələsini gündəmə gətirib.Məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, yeniyetmələrlə bağlı təəssüf ki, çox ciddi hadisələrlə qarşılaşırıq:"Cinayət halları, ölüm hadisələri və digər xoşagəlməz vəziyyətlər bu qəbildəndir. Bəzən valideynlər düşünür ki, uşaqla dost olmalıyıq. Amma hər şeyin bir ölçüsü olmalıdır. İlk növbədə valideyn öz valideynlik borcunu yerinə yetirməlidir, çünki uşağın onsuz da dostları olacaq. Lakin valideyn uşağın fikirlərinə hörmət edən, onu şəxsiyyət kimi formalaşdıran bir insan olmalıdır. Çox vaxt valideynlər problemi özlərində yox, uşaqda görürlər. Düşünürlər ki, uşaq özünü yaxşı hiss etmir, tərbiyəsi zəifdir və nə etsək də düzəlməyəcək. Amma burada vacib bir məqam var. Bəzən uşaq sahibi olmaq daha çox emosional qərar kimi, sadəcə övladım olsun düşüncəsi ilə edilir. Halbuki məsələ daha dərindir. Dünyaya insan gətirmək yalnız bioloji proses deyil, cəmiyyətə şəxsiyyət qazandırmaqdır".Psixoloq deyib ki, hər insanın içində bir məsuliyyət hissi var və valideyn də övladının həyatında əsas yön verən şəxsdir:"Biz necə daha yaxşı həyat üçün ümid edirik, eyni şəkildə övlad üçün də sağlam mühit yaratmalıyıq. Burada əsas məsələ maddiyyat deyil, mənəvi yanaşmadır. Əgər valideyn uşağın hisslərini anlayırsa, onun sevincini və kədərini hiss edə bilirsə, evdə sevgi və qayğı mühiti yaradırsa, uşaq yanlış emosional yönlərə meyil etməz.Belə uşaqlar sevgi ilə diqqəti, dostluqla emosional bağlılığı qarışdırmır. Problem varsa, mütləq mütəxəssis dəstəyi alınmalıdır. Əks halda uşaqlar yanlış münasibətlərə sürüklənə bilər.Digər tərəfdən, həddindən artıq qoruyucu və oğlan qız münasibətlərini sərt şəkildə məhdudlaşdıran ailələrdə uşaqlar daha çox yanlış təsəvvürlə böyüyə bilirlər. Bəzən sadə bir diqqəti belə romantik münasibət kimi qəbul edirlər və bu da gələcəkdə problemlər yaradır. Bu da yenə valideyn yanaşmasından qaynaqlanır.Valideynlik nəzarət deməkdir, amma bu tək tərəfli sərtlik olmamalıdır. Hər iki valideyn məsuliyyət daşıyır. Yeniyetmə dövrü çətin dövrdür, uşaqlar üsyankar ola bilər, sözə baxmaya bilər. Amma valideynin bir xoş sözü, düzgün yanaşması və diqqəti çox vaxt uşağın həyatında həlledici rol oynaya bilər", - deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr