AZ

Vəfatından sonra gördüm ki, tarının simi qırılıb”

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bizim üçün kədərlidir. Çünki atam aramızda yoxdur. İlk dəfədir ki, onun doğum gününü Ramiz müəllimin fiziki iştirakı olmadan qeyd edirik. Xüsusilə mənim üçün çox təsirli və ağırdır. Ancaq hesab edirəm ki, onun ruhu buradadır, bizimlədir”.

Axşam.az xəbər verir ki, bu sözləri “Xəzər axşamı” verilişində dünən anım günü qeyd olunan mərhum Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib. O, atasının vəfatından sonra yaşadığı təsirli bir xatirəni də bölüşüb:

“Vəfat edəndən bir neçə gün sonra tarın futlyarını açanda gördüm ki, alətin simi qırılıb. Bu, mənə çox təsir edən bir məqam oldu. Sağlığında olsaydı, mütləq özü alətinin simini düzəldib kökləyərdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
axsam.az

1Mənbələr