AZ

ABŞ-nin “Dark Eagle” planı: İran üçün yeni təhlükə

ABŞ-nin hipersəsli “Dark Eagle” raketlərini Yaxın Şərqə yerləşdirməsi müzakirə olunur.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu sistemlərin bölgəyə göndərilməsini istəyib, lakin yekun qərar hələ qəbul edilməyib. Söhbət İran ərazisində yerləşən bəzi hərbi obyektlərə mümkün zərbələrdən gedir.

“Dark Eagle” ABŞ-nin yeni nəsil hipersəsli silahıdır. Bu raketlər səs sürətindən beş dəfədən artıq sürətlə hərəkət edə bilir və manevr imkanları sayəsində hava hücumundan müdafiə sistemlərini aşa bilir.

Məlumatda qeyd olunur ki, bu sistemlərin ilk dəfə real döyüş şəraitində tətbiqi gündəmə gələ bilər. Bunun əsas səbəbi isə İranın bəzi raket buraxılış qurğularını ölkənin dərinliklərinə köçürməsi və onların ənənəvi vasitələrlə vurulmasının çətinləşməsidir.

Qeyd edilir ki, “Dark Eagle” hələ tam hazır sayılmasa da, mümkün əməliyyat ssenarilərində istifadə variantı nəzərdən keçirilir.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr