Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ankara, 1 may, AZƏRTAC
Mayın 4-də Ankarada “Şuşa” Konqres Mərkəzində “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirin təşəbbüskarı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondudur (TADİV).
Müzakirələrdə türk dövlətlərinin diplomatik nümayəndəliklərinin, Türkiyənin Xarici İşlər Nazirliyinin və bir sıra siyasi partiyaların nümayəndələrinin, həmçinin qeyri-hökumət strukturlarının rəhbərlərinin iştirakı gözlənilir.
Tədbirdə açılış nitqi ilə TADİV-in rəhbəri, professor Aygün Attar çıxış edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.