AZ

Gənclik və Süni İntellekt: yeni nəsil üçün yeni öyrənmə imkanları

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son illərdə aparılan araşdırmalar sayəsində məlum olur ki, Süni İntellektin (Sİ) təhsil sisteminə inteqrasiyası öyrənmə proseslərini köklü şəkildə dəyişdirərək tələbə və şagirdlərin bilik qazanma, anlama və tətbiq etmə bacarıqlarına əhəmiyyətli təsir göstərir. Bununla yanaşı, bu texnologiyaların istifadəsi bəzi çətinliklər və problemlər də yaradır. Bir tədqiqat işində Sİ alətlərinin təhsilalanların öyrənmə prosesinə, akademik nailiyyətlərinə və tədrisdə iştirak səviyyəsinə təsiri sistemli şəkildə araşdırılıb. Tədqiqatda əsasən şagird, tələbə və təlimçilərin Sİ vasitələrindən istifadəsinin əsas aspektləri nəzərə alınaraq, öyrənmə prosesində Sİ-nin tətbiqinin əsas istiqamətləri müəyyən edilib. Eyni zamanda, real iş mühitində nəzəri məlumatların praktiki olaraq, həyata keçirilməsi üçün Sİ tətbiqlərinin bəzi üstünlükləri və çatışmazlıqları təhlil edilib. Müasir təhsil prosesində süni intellektin tətbiqi sürətlə inkişaf edən prosesdir və xüsusən də müəllimlərin böyük marağına səbəb olub. Sİ ilə təchiz edilən sistemlər, o cümlədən virtual siniflər, ağıllı kampuslar, fərdi öyrənmə və tədrisin qiymətləndirilməsi, təhsil sektorunda inqilabi dəyişikliklər yaratmaq potensialına malikdir. Süni intellekt texnologiyaları qiymətləndirmə prosesində avtomatlaşdırma imkanları ilə səmərəliliyi artırır və tədrisin keyfiyyətini yaxşılaşdırmağa şərait yaradır.

Təhsil İnstitutunun Metodik xidmət proqramları və standartları şöbəsinin aparıcı mütəxəssisi Xatirə Dövlətovanın sözlərinə görə, Süni İntellektin sürətli inkişafı həm ümumi, həm də ali təhsil sistemində mühüm rol oynayır və təhsilalanların akademik fəaliyyətinə əhəmiyyətli təsir göstərir. Təhsildə tələbələr öyrənmə prosesində aktiv rol oynamağa təşviq olunur, araşdırma, təhlil və problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Müasir pedaqoji yanaşmalar tələbələri daha fəal öyrənməyə cəlb edir, onları təhlil, araşdırma və problem həlletmə bacarıqlarını inkişaf etdirməyə təşviq edir. Aparılan araşdırmalar göstərir ki, təhsil sahəsində Sİ texnologiyalarından istifadə artıq geniş yayılıb və tələbələr virtual köməkçilərdən və süni intellekt əsaslı platformalardan aktiv şəkildə yararlanırlar. Sİ alətlərini dəstəkləyən təhsil platformalarının üstün cəhəti fərdiləşdirilmiş öyrənmə təcrübəsi təqdim etməsidir. Təhsil mühitində Sİ inteqrasiyası getdikcə aktuallaşır, xüsusilə "Microsoft Capilot", ChatGPT, "Wolfram alpha", "Ello" və sair kimi inkişaf etmiş dil modelləri və adaptiv öyrənmə sistemlərinin ortaya çıxması buna səbəb olur. Müxtəlif təhsil səviyyələrində tədris və öyrənmə proseslərini yenidən formalaşdırır, fərdiləşdirmə, səmərəlilik texnoloji transformasiya və yeni pedaqoji imkanlar vəd edir. Bununla belə, bu texnologiyaların effektiv tətbiqi həm əhəmiyyətli imkanlar, həm də çağırışlar təqdim edir və onlar diqqətlə təhlil olunmalıdır.

Süni İntellekt təhsil mühitində yeni metod və yanaşmaların tətbiqinə şərait yaradır. Adaptiv öyrənmə sistemləri sayəsində tələbələr fərdi öyrənmə seçimləri edə bilir və öz inkişaf tempinə uyğun təcrübə qazanırlar. Sİ həmçinin ənənəvi qiymətləndirmə metodlarını yeniləyərək daha obyektiv rəy və dəstək imkanları təqdim edir.

Xatirə Dövlətova deyir ki, Sİ təhsilin keyfiyyətini və effektivliyini əhəmiyyətli dərəcədə artırır, yenilənmiş innovativ tədris üslubları və öyrənmə metodlarını təqdim edir. Ənənəvi təhsil prosesindən fərqli olaraq, Sİ böyük həcmdə təhsil məlumatlarını toplayaraq və təhlil edərək müxtəlif məlumat mənbələri arasında əlaqələr yaradır və öyrənmə prosesində naxışlar və meylləri aşkar edir: "Müəllimlərə və tələbələrə tədris və öyrənmə təcrübəsini qabaqcıl texnologiyalardan istifadə təcrübəsini yaxşılaşdırmağa yaxşılaşdırır və müxtəlif yollarla istifadə edərək dəstək verir. Sİ ağıllı kampusların qurulmasında üz tanıma, eşitmə və sensor texnologiyalarının tətbiqini əhatə etdiyindən, kampus idarəçiliyi və xidmətlərinin təşkili üçün vacibdir. Sİ texnologiyası həmçinin coğrafi və resurs fərqlərini aradan qaldırmağa və uzaqdan fərdiləşdirilmiş tədris və ağıllı ev tapşırığının qiymətləndirilməsi vasitəsilə təhsil resurslarının balanslı paylanmasını təmin etməyə kömək edir; bu da hər bir tələbənin tədris təcrübəsini yaxşılaşdırır. Yaşından, uğur səviyyəsindən, sosial statusundan və ya maliyyə imkanlarından asılı olmayaraq, tələbələr Sİ texnologiyasından istifadə etməklə öyrənmə keyfiyyətini və nəticələrini əhəmiyyətli dərəcədə artıra bilərlər. Məlumatların məxfilik problemləri və onların yaratdığı çətinliklər var. Sİ platformalarından istifadə zamanı istifadəçilərin böyük həcmdə şəxsi məlumatlarının, sosial şəbəkə profillərinin toplanması və təhlili kimi proseslər aparılır. Bu tip məlumatların yayılması, sızması halında istifadəçilərə yalnız psixoloji və fiziki təsir göstərməyəcək, həm də tədris prosesinin effektivliyinə ciddi təsir göstərəcək və narahatlıqlar yaradacaqdır. Bu, tələbələrin şəxsi məlumatlarının icazəsiz giriş və ya sui-istifadədən qorunması ilə bağlı məlumat məxfilik və təhlükəsizlik problemlərini gündəmə gətirir. Bu, siyasətin həyata keçirilməsini təmin etmək üçün texniki dəstəyə, təhsil şirkətləri və müəssisələrinin əməkdaşlığına və həmçinin məlumatların sızmasının qarşısını almaq üçün şifrələmə metodlarına ehtiyac olduğunu göstərir. İstifadəçi məxfilik və təhlükəsizliyi məsələlərindən başqa, Sİ-nin inklüzivlik və bərabərlik baxımından bəzi vacib çatışmazlıqları mövcuddur. Bunlardan biri verilənlər və alqoritmik qərəzdir; çünki Sİ sistemləri öyrənmək və proqnozlar vermək üçün verilənlərə əsaslanır".

Mütəxəssisin söylədiyinə görə, müasir Sİ alqoritmlərinin performansı, böyük ölçüdə verilənlərə bağlı olaraq, verilənlərin təbiəti ilə tam müəyyənləşdirilir. Alqoritmlər verilənlərin daxili kəmiyyət və keyfiyyət xüsusiyyətlərinə uyğunlaşır. Verilənlər qərəzli və ya natamam şəkildə toplandıqda, Sİ sistemi bu qərəzləri alqoritmləri vasitəsilə öyrənərkən mənimsəyir: "Metodologiya Sİ əsaslı tədqiqat suallarının formalaşdırılmasını, meyarlarının müəyyənləşdirilməsini, axtarış strategiyasının hazırlanmasını və müvafiq tədqiqatlardan əsas məlumatların çıxarılmasını əhatə edir. Müstəqil dəyişən - rəqəmsal yaradılış bacarıqlarının özündə qiymətləndirilməsi, süni intellekt vasitələri istifadə tezliyi, hansı virtual köməkçilərdən müntəzəm olaraq istifadə edirsiniz. Tədqiqat işinin strukturu xülasə, giriş, məsələnin qoyuluşu və həlli, nəticədən ibarətdir. Əldə olunmuş nəticələr göstərir ki, virtual köməkçilərdən istifadə məqsədləri öyrənmə nəticələrinə ən güclü və statistik cəhətdən əhəmiyyətli təsir göstərən amildir. Bu, tələbələrin süni intellekt vasitələrindən hansı məqsədlərlə istifadə etmələrinin onların tədris nailiyyətlərini yüksəltməkdə mühüm rol oynadığını təsdiq edir. Beləliklə, nəticələr onu göstərir ki, tələbələrin süni intellekt vasitələrindən istifadəsində əsas müəyyənedici amil onların bu vasitələrdən istifadəyə yönəlmiş məqsədləridir. Aparılmış reqresiya təhlili rəqəmsal bacarıqların özünüqiymətləndirilməsi, süni intellekt vasitələrindən istifadə tezliyi, istifadə olunan virtual köməkçi növləri, virtual köməkçilərdən istifadə məqsədləri və ümumi öyrənmə təcrübəsi kimi müstəqil dəyişənlərin, asılı dəyişən - Sİ-nin təhsil və gündəlik həyatda rolu haqqında ümumi qavrayışa təsirini araşdırıb".

Xatirə Dövlətova bildirib ki, Ümumi model statistik cəhətdən əhəmiyyətli olmuş (F(5,141) = 3.201, p = 0.009), yəni seçilmiş prediktorlar birlikdə asılı dəyişəni izah etmə gücünə malikdir. Dəyişənlər arasında yalnız "Virtual köməkçilərdən istifadə məqsədləri" statistik cəhətdən əhəmiyyətli nəticə vermişdir (B =0.212, p =0.005). Bu nəticə göstərir ki, virtual köməkçilərdən konkret tədris və ya funksional məqsədlərlə istifadə edən təhsilalanlar Sİ-nin təhsil və gündəlik həyatda rolunu daha müsbət qiymətləndirirlər. Korrelyasiya analizi müstəqil dəyişənlər arasında zəif assosiasiyalar göstərmişdir ki, bu da multikolinearlığın mövcud olmadığını və model qiymətləndirmələrinin etibarlı olduğunu təsdiqləyir. Tədqiqatın nəticələri göstərir ki, təhsildə Sİ-nin tətbiqi ümumilikdə müsbət qəbul olunur, lakin bu qavrayışın gücü əsasən virtual köməkçilərdən məqsədyönlü istifadə ilə müəyyən olunur. Bu isə o deməkdir ki, təhsilalanlar və müəllimlər Sİ texnologiyalarından daha çox fayda götürürlər: əgər bu alətlər konkret tədris və ya praktik hədəflərlə tətbiq olunarsa.

Ümumilikdə nəticələr ortaya qoyur ki, Sİ alətlərinin, xüsusən də virtual köməkçilərin, təhsildə tətbiqi məqsədyönlü və pedaqoji əsaslandırılmış olduqda onların müsbət təsiri daha çoxdur. Buna görə də müəllimlər və siyasətçilər təhsil mühitində Sİ-dən istifadənin keyfiyyətini artırmağa fokuslanmalıdırlar. Tədqiqatın nəticəsi onu göstərir ki, müasir akademik mühitin əsas tərkib hissəsi süni intellekt təşkil edir. Sİ fərdi yanaşmanın təmin edilməsi, şagird və tələbə aktivliyinin artırılması və beynəlxalq platformalardakı təhsil resurslarına daha geniş çıxış imkanı kimi mühüm imkanlar yaradır. Bundan əlavə, süni intellektdən istifadə öyrənmənin səmərəliliyini və fəaliyyətin nəticəsini inkişaf etdirmək imkanı yaratmaqla yanaşı, bir sıra qeyri-müəyyənliklər, tənqidi təfəkkür bacarıqlarının inkişafının zəifləməsi, Sİ alətlərində istifadə asılılığının yaradılması kimi hallar da aşkarlanır. Süni intellektin (Sİ) təhsil prosesində tətbiqi müəyyənləşdirilmiş vaxt intervalında ciddi şəkildə idarə olunmalı çünki prosesin nəticəsi çoxsaylı çağırışlar və potensial risklər də yara bilər. Gündəlik həyatımızın müxtəlif istiqamətlərində Sİ-in istifadəsi gündən-günə artmaqdadır və bu hal bir sıra tədqiqatlarda da öz təsdiqini tapır. Təhsil sahəsində isə Sİ artıq təsir gücünü göstərməyə başlayıb, tədris və öyrənmə prosesini dəstəkləyən əlavə bir vasitə kimi çıxış edib. Aparılan cari tədqiqat göstərir ki, müəllimlər və tələbələrin Sİ texnologiyasından optimal şəkildə istifadə daha yüksək nəticələr əldə etməyə imkan yaradır. Sİ-nin təhsildə gələcək inkişaf perspektivlərini müxtəlif platformalar və mövcud tendensiyalar vəd edir, bu da müəyyən hallarda müəyyən şərtlər daxilində əlçatmaz görünə bilər. Həmçinin nəzərə almaq lazımdır ki, kompüter sistemləri vasitəsilə tədris məktəblərdə insan fəaliyyətini əvəzləyə biləcək gücə malik deyil.

Problemin elmi yeniliyi ondan ibarətdir ki, süni intellektin təhsil prosesinə təsirində virtual köməkçilərin məqsədyönlü istifadəsinin əsas determinant kimi çıxış etməsi statistik cəhətdən sübut olunub.

Problemin praktiki əhəmiyyəti isə təhsil siyasəti və pedaqoji praktikada Sİ texnologiyalarından məqsədli və metodoloji əsaslandırılmış istifadənin tədrisin keyfiyyətini artırmaq və öyrənmə nəticələrini yaxşılaşdırmaq üçün effektiv mexanizm olduğunu göstərməsidir.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
525.az

1Mənbələr