AZ

Karrager “Mançester Yunayted”də Karrikin gələcəyi ilə bağlı fikirlərini açıqlayıb

Keçmiş futbolçu Ceymi Karrager "Mançester Yunayted" klubunun baş məşqçisi Maykl Karrikin gələcəyi barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, Karrager isə hesab edir ki, ingilis mütəxəssis komandanı böhrandan çıxarmağı bacarıb və yeni müqaviləyə layiqdir.

“Karrik bu yay baş məşqçi vəzifəsi üçün ideal namizəddir, çünki klubun hazırda ehtiyacı olan məhz odur. Bu, həm qısa, həm də gələcəyə hesablanmış düzgün qərardır”, – deyə o bildirib.

Qeyd edək ki, klubun baş məşqçisi ilə mövcud müqavilə cari mövsümün sonunda başa çatır. Daha əvvəl mətbuatda onun mümkün əvəzi kimi Andoni İraolanın adı hallanırdı.

"Mançester Yunayted"  Premyer Liqada 34 turdan sonra turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Seçilən
40
90deqiqe.az

1Mənbələr