AZ

Lekler mövsümün dördüncü mərhələsinə lider başladı

Mayın 1-də Mayami avtodromunda “Formula-1” üzrə mövsümün dördüncü mərhələsi – Mayami Qran-prisinin yeganə sərbəst yürüşü keçirilib.

90deqiqe.Az xəbər verir ki, sərbəst yürüşdə ən yaxşı nəticəni “Ferrari” komandasının pilotu Şarl Lekler göstərib. İkinci yeri “Red Bull”un sürücüsü Maks Ferstappen tutub. Üçüncü pillədə isə “Maklaren”in pilotu Oskar Piastri qərarlaşıb.

Mayami Qran-prisi – sərbəst yürüşün nəticələri:

Şarl Lekler (“Ferrari”) — 1:29.310

Maks Ferstappen (“Red Bull”) +0.297

Oskar Piastri (“Maklaren”) +0.448

Lyuis Hemilton (“Ferrari”) +0.467

Andrea Kimi Antonelli (“Mercedes”) +0.769

Corc Rassel (“Mercedes”) +0.790

Lando Norris (“Maklaren”) +0.898

Pyer Qasli (“Alpin”) +1.277

İzak Hadjar (“Red Bull”) +1.563

Karlos Sains (“Uilyams”) +1.620

Franko Kolapinto (“Alpin”) +1.705

Aleks Albon (“Uilyams”) +1.714

Oliver Berman (“Haas”) +1.781

Qabriel Bortoleto (“Audi”) +1.801

Niko Hülkenberq (“Audi”) +2.285

Esteban Okon (“Haas”) +2.325

Liam Louson (“Reysinq Bulls”) +2.338

Serxio Peres (“Kadillak”) +2.737

Fernando Alonso (“Aston Martin”) +3.283

Valtteri Bottas (“Kadillak”) +3.452

Arvid Lindblad

Lens Stroll (“Aston Martin”) +3.649

Qeyd edək ki, bu mərhələdə komandalar üçün yalnız bir sərbəst yürüş sessiyası nəzərdə tutulub.

Seçilən
25
90deqiqe.az

1Mənbələr