AZ

TƏBİB Ağdamda yol qəzasında xəsarət alanların son vəziyyətini açıqlayıb - YENİLƏNİB-2

TƏBİB Ağdamda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətini açıqlayıb.

Qurumdan "Far.Az"a verilən məlumata görə, Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) 01.05.2026-cı il tarixində saat 20:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib:

"Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir".

Ağdamda baş verən yol qəzası zamanı ölənlərin kimliyi məlum olub.

"Far.Az"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, iki avtomobilin toqquşması zamanı Ağdərə rayonunun Kolatağ kənd sakini, 1966-cı il təvəllüdlü Kərimov Surxay Şəmil oğlu və Cəsarət Hacıyev vəfat edib.

Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un Qarabağ bürosunun məlumatına görə, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır

Seçilən
39
1
far.az

4Mənbələr