AZ

Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?


"Avropa Parlamenti 500 dənə belə qətnamə qəbul edib, o, kağız parçası kimi də cırılıb kənara atılıb, heç bir təsiri yoxdur. Amma ölkə haqqında təsəvvürlərin formalaşmasında rolu olduğuna görə Azərbaycan rəsmilərinin belə reaksiya verməsini anlayışla qarşılayıram".

Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

O qeyd edib ki, beynəlxalq qurumların qərarları ikitərəfli əlaqələrin kölgəsində qalır: "Nə onların qəbul elədiyi qətnamənin, nə də bizim onlara verdiyimiz cavabın elə bir ciddi əhəmiyyəti yoxdur beynəlxalq münasibətlərdə. Çünki Azərbaycan ikitərəfli münasibətlərə daha çox önəm verir. Avropa əlini açıb Azərbaycandan daha çox neft istəyir, daha çox qaz istəyir, düşdüyü böhranlı vəziyyətə görə".

Cəfərlinin sözlərinə görə, Avropadakı siyasi dairələrin əsas hədəfi fərqlidir: "Qarınlarının dərdi Azərbaycanın Amerika ilə, İsraillə yaxşı münasibətlərinin olmasıdır. Avropada bu sol-liboş tayfa böyük bir koalisiya qurub – antitramp koalisiyası. Azərbaycanı da Amerikanın müttəfiqi kimi görürlər. Bu gün Avropa antiisraildir və bunun nəticəsində də İsraillə kimin normal münasibətləri varsa, həmin ölkələr hədəfə gəlir".

Partiya sədri qeyd edib ki, Avropa Parlamentinin yanaşmasında ciddi ikili standartlar mövcuddur: "Erməni canilərini siyasi məhbus elan eləyirsiniz. Ukraynaya bütün hamınız dəstək olmursunuz ki, ərazi bütövlüyünü bərpa eləsin? Yarım trilyon dollar ayırmısınız ki, Ukrayna suverenliyini qorusun. Yaxşı, Azərbaycan da ərazi bütövlüyünü və suverenliyini bərpa elədi də, qarnınızın ağrısı nədir?".

 


Seçilən
16
1
nuh.az

2Mənbələr