AZ

"Yuventus"dan ayrılır

"Yuventus"un qapıçısı Mattia Perin cari mövsümün sonunda klubdan ayrılacaq.

"Unikal" xəbər verir ki, bu barədə Nikolo Şkira məlumat yayıb.

33 yaşlı qolkiper ehtiyat futbolçu rolundan narazıdır və daha müntəzəm oynamaq istəyir. Əsas qapıçı olmaq istəyi onun mövsümdənkənar dövrdə transfer qərarının əsas səbəbidir.

2025/26 mövsümündə Mattia Perin "qoca sinyora"nın heyətində bütün yarışlarda 13 oyun keçirib, 16 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb. İtaliyalı mütəxəssisin Turin klubu ilə hazırkı müqaviləsi gələn ilin yayına qədərdir.

Seçilən
45
31
unikal.az

10Mənbələr