AZ

“Məni tanıyanlar bilir ki, heç vaxt təslim olan adam deyiləm” ardıcıl üç oyunda xal itirib

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

1-ci liqa təmsilçisi “Baku Sportinq” ardıcıl 3-cü oyunda qələbəyə həsrət qalıb. Əvvəlki 21 oyunda 11 qələbə qazanan komanda son üç oyunda “Şəfa” və “Difai” ilə heç-heçəyə razılaşdı, “Şimal”a uduzdu. Son qarşılaşma Ağsu təmsilçisinə qarşı oldu. Buzovnalılar matçın böyük hissəsində hesab və oyun baxımından üstün olsalar da, bunu sona qədər qoruya bilmədilər. Komandanın artıq tükəndiyini demək olarmı? Yoxsa mövsümün gərginliunə tab gətirə bilmədi və ya fiziki gücü yetmədi. “Football-plus.az”ın sualına “Baku Sportinq”in çalışdırıcısı Röyal Nəcəfov cavab verdi:

“Mövsümün əvvəlində rəhbərliklə görüşəndə demişdim ki, hamı ilə başabaş oynayan komanda yaradacağıq. Ötən mövsüm bu komanda liqada qalmağı son turlarda dəqiqləşdirdi, mövsümü 8-ci yerdə başa vurdu. İlk “5-lik”də qərarlaşacağımızı və ən azı 40 xal yığacağımızı demişdik. Bu mövsüm ötən mövsümdəki vəziyyətdə deyilik. 40 xal yığmışıq, “beşlik”dəyik. Minimum vəzifənin öhdəsindən gəlmişik. Məni tanıyanlar bilir ki, heç vaxt təslim olan adam deyiləm. Mübarizə aparmağı xoşlayıram. Şükür ki, bu mövsüm bunu bacardıq. Uzun müddət 2-ci pillədə olduq. Gözəl bilirsiz ki, rəqiblərimiz - “Şəfa”, “Səbail”, “Mingəçevir”, MOİK və “Şahdağ Qusar”ın büdcəsi bizdən dəfələrlə artıqdı. Bu bəhanə deyil. Bəhanə etsək, inkişaf edə, böyüyə bilmərik. Böyük büdcə keyfiyyətli heyət deməkdi. Bunun yanına keyfiyyətli iş də qoyanda uğur qaçılmaz olur. Oyunlarımızda görünür ki, heç bir komandaya fiziki və texniki cəhətdən uduzmuruq. Cəmi 4 məğlubiyyətimiz var. Son turlarda uşaqlar psixoloji təzyiqi qaldıra bilmədi. Bu da normal haldı. Onlara dediyimi sizə də deyirəm: bizdə bu təzyiqə tab gətirəcək futbolçuları sayı 3-5-di. Amma rəqiblərimizdə belə deyil. Autsayderlərlə oyunlalrda xal itirdik, razıyam. Amma burda önəmli nüans son turların olmasından yaranan təzyiq idi. Qışa qədər belə təzyiq yox idi. Final həftələrinə yaxınlaşanda narahatlıq yaranır. “Difai” və “Şimal”la oyunlarda 4:0, 5:0 udmalı olduğumuz halda, qalib gələ bilmədik. Bu keyfiyyət çatışmazlığı deyil. Əvvəlki turlarda alınırdı. Bu psixoloji təzyiqdi. Hələ də heç nə bitməyib. Üç oyumuz var. Əl-qolumuzu sallamayacağıq. Mövsümü sonda təhlil edərik. “Mingəçevir”lə oyunda sona 10 saniyə qalmış kobud fərdi səhvlə qələbə əldən getdi. Biz elə komandayıq ki, ələ düşən fürsətləri qola çevirməliyik. Bunu etməyəndə, bax, belə olur”.

Xatırladaq ki, Buzovna təmsilçisi hazırda 42 xalla 4-cü pillədə qərarlaşıb və 2-ci pillədəki “Səbail”dən 4 xal geri qalır.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
1
icma.az

2Mənbələr