AZ

Dünya nəhəngindən Barış Alper bombası

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Arsenal"ın Barış Alper Yılmazı izləmək üçün xüsusi nümayəndə göndərdiyi və mövsüm sonunda rəsmi təkliflə "Qalatasaray"ın qapısını döyəcəyi gözlənilir.

Milli.Az xəbər verir ki, "Arsenal"ın idman direktoru Andrea Berta "Fənərbaxça" derbisini tribunadan izləyərək 25 yaşlı futbolçunun performansını canlı təqib edib.

İngiltərə klubunun rəsmilərinin Barış Alperə tam xal verdiyi bildirilir.

"Arsenal"ın mövsüm sonunda transfer üçün rəsmi danışıqlara başlaması planlaşdırılır.

Futbolçu ilə yalnız "Arsenal" deyil, Fransanın "Monako" klubu da yaxından maraqlanır.

Mövsümün əvvəlində Səudiyyə Ərəbistanından gələn 35 milyon avroluq təklifin isə rədd edildiyi xatırladılıb.

Futbolçunun müqaviləsində onun keçmiş klubu olan "Keçiörəngücü"nə satışdan 20% pay verilməsi maddəsi var.

"Qalatasaray" rəhbərliyinin bu maddə ilə bağlı yaxın günlərdə keçmiş klubla görüşəcəyi gözlənilir.

Yaxınlaşan Dünya Kuboku faktoru da futbolçunun transfer dəyərini daha da artıra biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
1
news.milli.az

2Mənbələr