ain.az, Bizim media portalına istinadən məlumat verir.
Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin rəhbəri Bernd Lange ABŞ-ın Avropa İttifaqından idxal olunan avtomobillərə 25%-lik rüsum tətbiq etmək niyyətini pisləyib.Bizim.Media xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb."Donald Trampın Aİ-dən gələn avtomobillərə 25%-lik rüsum tətbiq etmək planı qəbulolunmazdır...Aİ öz öhdəliklərini yerinə yetirdiyi halda, Amerika tərəfi onları pozmağa davam edir", — deyə o qeyd edib.
Mayın 1-də ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində Avropa İttifaqı ölkələrində istehsal olunan minik və yük avtomobilləri üçün rüsumları 25%-ə qədər qaldırdığını elan edib.
O, həmçinin dəqiqləşdirib ki, Avropa şirkətləri tərəfindən ABŞ ərazisində istehsal olunan avtomobillərə bu rüsumlar şamil edilməyəcək.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.