ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İngiltərə Premyer Liqasında 35-ci turun bir oyunu keçirilib.
İdman.Biz bildirir ki, “Lids Yunayted” “Börnli”nı qəbul edib.
Matç 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Oyunda hesabı 8-ci dəqiqədə “Lids”dən Anton Stax açıb. Noa Okafor 52-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. Dominik Kalvert-Lyuin 56-cı dəqiqədə üçüncü qolu “Börnli”nin qapısından keçirib. 71-ci dəqiqədə Lum Çauna qonaqların yeganə cavab topunu vurub.
“Lids” bu qələbədən sonra 43 xalla 14-cü yerdədir. 20 xal toplamış “Börnli” 19-cudur.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.