AZ

Macarıstanın gələcək Baş naziri kürəkənini ədliyyə naziri etmək istəyir

Macarıstanın gələcək Baş naziri Peter Madyar ədliyyə naziri postuna kürəkəni Marton Melletey-Barnanın namizədliyini irəli sürüb.

"Far.Az" xəbər verir ki, bu barədə siyasətçi özünün feysbuk hesabında məlumat verib.

"Mən "Tisa" partiyasının hüquq direktoru Marton Melletey-Barnadan Ədliyyə Nazirliyinə rəhbərlik etməyi xahiş etdim. Marton Melletey-Barna son iyirmi ildə vəkil kimi çalışır", - Madyar yazıb.

Lakin o, Melletey-Barna ilə ailə əlaqələri barədə heç bir söz deməyib. 2025-ci ilin sentyabr ayında o, Madyarın bacısı ilə evlənib və bu, Macarıstan mediasında müzakirə mövzusuna çevrilib. Namizədlik ictimai müzakirələrə və qohumbazlıq ittihamlarına səbəb olub.

Madyar özü qeyd edib ki, Melletey-Barnanın ədliyyə naziri vəzifəsinə seçilməsi ailə münasibətlərinə deyil, yalnız onun peşəkar keyfiyyətlərinə əsaslanıb.

O, Melletey-Barnanı tələbəlik illərindən tanıdığını, 2024-cü ilin fevral ayında "Tisa" partiyasına qoşulduğunu və bir ildən çox sonra bacısı ilə evləndiyini bildirib.

Seçilən
55
far.az

1Mənbələr