AZ

Alimlər sübut etdi Məşhur məhsul allergik reaksiyanı azaldır

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Süddəki mikrohissəciklər allergiyadan qoruyur. Demokrat.az xəbər verir ki, "Food & Function" jurnalında bu barədə məlumat dərc olunub.Araşdırmaya görə, südün tərkibindəki ekzosomlar qida allergiyasının simptomlarını yüngülləşdirmək və bağırsaq sağlamlığını qorumaq qabiliyyətinə malikdir.Heyvanlar üzərində aparılan sınaqlar göstərib ki, bu mikroskopik hissəciklər allergik reaksiya zamanı bədən temperaturunun düşməsi kimi mənfi halların qarşısını alır. Eyni zamanda allergiyaya səbəb olan həddindən artıq immun reaksiyasını tormozlayır.Ekzosomların bağırsaq sistemi üçün də faydaları aşkar edilib. Onlar toxuma zədələnmələrini azaldır, hüceyrərarası əlaqələri möhkəmləndirir və iltihablı hüceyrələrin yayılmasını ləngidir. Araşdırma nəticəsində faydalı bakteriyaların, xüsusilə laktobasillərin sayının artdığı və mikrobiotanın daha rəngarəng olduğu müşahidə edilib.Alimlər bu kəşfin gələcəkdə qida allergiyasının müalicəsi və profilaktikası üçün yeni metodların hazırlanmasında mühüm rol oynayacağını düşünürlər. Effektin əsasında immun sisteminin balansının bərpası və bağırsaq baryerinin gücləndirilməsi dayanır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
81
demokrat.az

1Mənbələr